Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl özünü dünyanın ən çox təhqir olunan insanı adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
Belə ki, aprelin 16-da Meqhan Markl və əri, Avstraliyada Svinberna Texnologiya Universitetində tələbələrlə görüşüb.
Onlar sosial medianın psixi sağlamlıq üçün təhlükələri haqqında danışıb.
Cütlük onlayn zorakılığın bütün qurbanlarını səbirli olmağa çağırıb.
“On ildir, on ildir ki, hər gün mən pis mesajlar alıram. Və mən dünyanın ən çox təhqir olunan insanı idim. Amma hələ də buradayam”, - Meqan bildirib.
Son xəbərlər
Son Xəbərlər