Karapetyanın partiyasının üzvü saxlanıldı

karapetyanin-partiyasinin-uzvu-saxlanildi
Oxunma sayı: 612

Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının bir neçə tərəfdarı saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın üzvü Qoar Meloyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən “Güclü Ermənistan” partiyasına qarşı kampaniya başlayıb. Kampaniya çərçivəsində axtarışlar həyata keçirilib, partiyanın tərəfdarları və adı seçki siyahısında olan bir üzvü zorla gətirilməyə məruz qalıb.

“Qadınların hədəfə alınması narahatlıq doğurur”, - Meloyan qeyd edib.