Azərbaycan cüdoçuları bürünc medal üçün bir-biri ilə görüşəcəklər - Yenilənib

azerbaycan-cudoculari-burunc-medal-ucun-bir-biri-ile-gorusecekler
Oxunma sayı: 2139

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Onlardan 4-ü - Şəfəq Həmidova, Balabəy Ağayev, Turan Bayramov və Əhməd Yusifov bürünc medal qazanmaq hüququ əldə edib. 

60 kq çəkidə Balabəy Ağayev və Əhməd Yusifov bürünc medal üçün bir-birləri ilə qarşılaşacaqlar. 

İdmançılarımızın görüşləri saat 16:00-da başlayacaq. 

Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib. 

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib. 

Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/16 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib. 

Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/18 finala yüksəlib. 

Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib. 

Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb. 

***

Gültac Məmmədəliyeva 1/16 finalda macarıstanlı Reka Puppa uduzaraq mübarizəni dayandırıb. Bu, Azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub. 

***

Turan Bayramov 1/8 finalda italiyalı Elios Manzini məğlub edərək 1/4 finala çıxıb. Onun rəqibi rusiyalı Murad Çopanov olacaq. Turan Bayramov Murad Çopanova ipponla uduzaraq, mübarizəni dayandırıb. 

***

Leyla Əliyeva 1/8 finalda italiyalı Odette Qiuffridaya məğlub olub. 

***

Könül Əliyeva 1/8 finalda ispaniyalı Martinez Abelendeya uduzaraq mübarizəni dayandırıb. 

***

Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

***

Əhməd Yusifov 1/4 finalda fransalı Luka Mxidzeyə uduzub. 

***

Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Xalmatova qalib gələrək yarımfinala yüksəlib. 

***

Şəfəq Həmidova isə 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.

***

Turan Bayramov təsəlliverici görüşdə moldovalı Radu İzvoreanudan üstün olub və bürünc medal görüşünə çıxacaq. 

***

Əhməd Yusifov təsəlliverici görüşdə fransalı Valadier Pikarda qalib gələrək bürünc medal qazanmaq hüququ əldə edib.

***

Balabəy Ağayev yarımfinalda gürcüstanlı Giorgi Sardalaşviliyə uduzub. O, bürünc medal görüşünə çıxacaq. 

***

Şəfəq Həmidova da yarımfinalda fransalı Şirine Boukliyə uduzaraq bürünc medal görüşünə çıxmaq hüququ əldə edib.