Devid Bekhem sevgisi izdihama səbəb oldu- - Fotolar

-devid-bekhem-sevgisi-izdihama-sebeb-oldu-
Oxunma sayı: 1525


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Devid məktəbə daxil olan kimi tələbələr böyük bir həyəcanla ona yaxınlaşmaq istəyiblər. Ancaq Devid sevgisi az qalıb ki, fəlakətə səbəb olsun.

Belə ki, futbolçunu qorumaq istəyən məktəb işçiləri kütlənin qabağına keçincə, şagirdlər bir-birini əzib. Ən az 10 adam bu izdiham əsnasında yaralanıb.

Yaşanan izdihama baxmayaraq özünü rahat göstərən futbolçu, yanına yaxınlaşmağı bacaran pərəstişkarlarına imza paylayıb. Amma həddən artıq sıxlıq səbəbiylə onun Şanxaydakı məktəb proqramı qısa sürüb.

Qeyd edək ki, may ayında futbolu buraxan 38 yaşlı Devid, 50 milyon avro qarşılığında Çinin futbol elçisi vəzifəsini qəbul edib.