114 nömrəli marşrut xətti ləğv edildi

114 nömrəli marşrut xətti ləğv edildi
Oxunma sayı: 1547

114 nömrəli marşrut xətti ləğv edilərək fəaliyyətini "114 A" və "114 B" olmaqla davam etdirəcək.

“Qafqazinfo” Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olub. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə "114 A", Müşviqabad qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə "114 B" olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir.

Sözügedən dəyişikliyin 10 fevral 2018-ci il tarixədək təmin edilməsi nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi