Ağdamda məktəbli qız qaçırıldı - Açıqlama

agdamda-mektebli-qiz-qacirildi
Oxunma sayı: 590

Ağdamda məktəblinin qoşulub qaçması faktı qeydə alınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Belə ki, Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin 10-cu sinif şagirdi M.L (ad şərtidir) Bərdə rayon sakini olan tanışına qoşularaq qaçıb.

L.M-nin 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa keçdiyi bildirilir.

Ağdam sakini polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, yeniyetmənin yeri Bərdə rayonunda müəyyən edilib.

O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib.

Araşdırmalar aparılır.

Ziya Əmirxanlı