İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevin ailəsi ondan hələ də xəbər ala bilmir.
“Qafqazinfo” xəbər verir ki, ailə bu barədə ATV-yə danışıb.
“Cunda” şirkətinə məxsus “Zirkon” yük gəmisində baş mexanik vəzifəsində çalışan Q.Əliyevin qızı Həqiqət Şərifova atası ilə hadisədən iki gün öncə görüntülü danışdıqlarını bildirib: “Hər şeyin yaxşı olduğunu və internet zəif olacağı üçün ona zəng çatmayacağını dedi. Xəbəri isə gəminin sahibi verdi. O bildirdi ki, gəmi vurulub və orada atam olub. Bizə başsağlığı verdilər, amma atamın gəmidə öldüyünə inanmırıq. O, işinin peşəkarıdır, gəminin hansısa hissəsində qurtarılmalı olduğunu gözləyirik”.
Ailə üzvləri hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama gözlədiklərini sözlərinə əlavə ediblər.
Qeyd edək ki, hadisədən bir gün sonra APA-nın yaydığı məlumatda Palau bayrağı altında üzən gəmiyə endirilən zərbə nəticəsində Qismət Əliyev və Fuad Orucovun həlak olduqları bildirilmişdi.
***
Xarici İşlər Nazirliyi Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının və 4 cənazənin ölkəmizə gətirilməsi barədə məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.
Son xəbərlər
Son Xəbərlər