Qarabağı könüllü tərk edənlərdən neçə nəfər Ermənistan vətəndaşlığı alıb?

qarabagi-konullu-terk-edenlerden-nece-nefer-ermenistan-vetendasligi-alib
Oxunma sayı: 761

Azərbaycan ərazisindən könüllü köç etmiş 27 296 nəfər Ermənistan vətəndaşlığı alıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan 2025-ci ilin büdcəsinin icrasına dair hesabat üzrə parlamentdə keçirilən dinləmələrdə bildirib. 

Onun sözlərinə görə, ümumilikdə 39 650 ərizə təqdim edilib. Nazir müavini həmçinin 28 min ərizənin uşaqların adına verildiyini, onlardan təxminən 12 mininin təmin ediliyini açıqlayıb. O, həmçinin indiyədək imtina hallarının olmadığını deyib.

Qeyd edək ki, bu ilin fevralında daxili işlər naziri Arpine Sarqsyan Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfərin Ermənistan vətəndaşlığı aldığını açıqlamışdı

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.