Kritdə hava limanında təyyarələrin fotosunu çəkdi - Casusluqda ittiham olunur

kritde-hava-limaninda-teyyarelerin-fotosunu-cekdi
Oxunma sayı: 425

Kritdə hava limanında hərbi təyyarələri lentə alan alman turist casusluqda şübhəli bilinərək həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Kathimerini” nəşri məlumat yayıb.

Belə ki, iyunun 6-da 56 yaşlı kişi mülki-hərbi birgə obyekt olan Chania hava limanında saxlanılıb. Polisin məlumatına görə, o, hava limanının perimetrini çəkmək üçün peşəkar kameradan istifadə edib. Baxış zamanı hərbi təyyarələrin və qadağan olunmuş ərazilərin fotoşəkilləri aşkar edilib.

Şübhəli ilkin ifadəsində həyat yoldaşı və qızı ilə Kritə tətilə gəldiyini iddia edərək, casusluq niyyətini rədd edib. O, sərt məhdudiyyətlərdən xəbərsiz olduğunu və təyyarəyə olan həvəsindən fotoşəkil çəkdiyini izah etdi.

Buna baxmayaraq, əcnəbi casusluqda ittiham olunub, kamerası müsadirə edilib. Onun bu gün məhkəmə qarşısına çıxması planlaşdırılır.