Ukrayna Belarusdan kompensasiya tələb edir

ukrayna-belarusdan-kompensasiya-teleb-edir
Oxunma sayı: 407

Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra Belarusdan “müəyyən kompensasiya” almalıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor “Apostrof” nəşrinə müsahibəsində bildirib.

Ukraynalı diplomat rəsmi Minsk tərəfindən “reparasiya” (müharibə təzminatı) ödənilməsi məsələsini “mürəkkəb” adlandırıb:

“Belarus münaqişədə “şərik təcavüzkar” rolunda çıxış edir, lakin yekun qərar hərbi əməliyyatların sonunda bu ölkənin daşıyacağı statusdan asılı olacaq. Müəyyən kompensasiya nəzərdə tutulmalıdır. Çox şey müharibənin gedişində necə bir Belarusla qarşılaşacağımızdan asılıdır. Hələlik müharibənin necə bitəcəyini dəqiq bilmirik. Hazırda Belarusla aramızda ciddi informasiya gərginliyi var. Bəs, əgər real hərbi qarşıdurma baş verərsə və biz rəqibin məhv edilmiş hərbi-sənaye kompleksi obyektləri hesabına kompensasiya alsaq, necə olacaq?”

Qeyd edək ki, bundan əvvəl Ukrayna mətbuatında Belarus müxalifətinin ölkə Silahlı Qüvvələrinə (VSU) etdiyi irihəcmli ianələr və yardımlar barədə geniş məlumatlar dərc olunmuşdu.