17 yaşlı oğlanı ilan sancdı

17-yasli-oglani-ilan-sancdi
Oxunma sayı: 1026

Şəmkir sakinini ilan sancıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Muxtariyyə kənd sakini, 2000-ci il təvəllüdlü Yusifli Yusif Ramil oğlu həyətyanı sahələrində işləyərkən ilan onun əlindən sancıb. 

O, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab köçürülüb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.