2 saatda 76,5 milyard dollarlıq satış oldu

2-saatda-765-milyard-dollarliq-satis-oldu
Oxunma sayı: 3436

“Dubai Airshow”da 2 saatda 76,5 milyard dollarlıq təyyarə sifarişi edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın “Airbus” şirkəti “Indigo Partners” şirkətindən dəyəri 49,5 milyard dollar olan 420 ədəd “A321neo” və “A320neo” model sərnişin təyyarəsi sifarişi alıb.

“Airbus”ın rəqibi “Boeing” isə həmin sərgidə dəyəri 27 milyard dollar olan 225 ədəd “Boeing 737 MAX 10” model təyyarə sifarişi alıb. Sifarişi “FlyDubai” şirkəti verib.

Beləliklə, “Dubai Airshow” qısa zamanda ən bahalı təyyarə sifarişi (76,5 milyar dollar) edilən sərgi kimi tarixə düşüb.