Dumanlı İstanbul... - Fotolar

dumanli-istanbul
Oxunma sayı: 6018

Türkiyənin İstanbul şəhərinin bəzi bölgələrində havanın çirklənmə səviyyəsi təhlükəli həddə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Afrikadan gələn tozlu havanın şəhərə çatmasıdır.

Meriya bildirir ki, bu həftə İstanbulda ciddi hava keyfiyyəti problemi yaşanıb. Eyni zamanda tozlu havanın görünüş məsafəsini aşağı salması yollarda tıxacın yaranmasına da səbəb olub.

Mütəxəssislər həftə sonuna qədər tozun şəhəri tərk edəcəyini proqnozlaşdırırlar.