22 ilin sonu – Venger “Arsenal”dan gedir

22-ilin-sonu-venger-arsenaldan-gedir
Oxunma sayı: 1414

“Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün sonu tutduğu komandadan ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Məlumatda həmçinin fransalı mütəxəssisin açıqlamalarına yer verilib: “Diqqətlə fikirləşdikdən və klubla uzun müzakirələrdən sonra mən belə qərara gəldim ki, mövsümün sonu “Arsenal”ın baş məşqçisi vəzifəsinə tərk edim.

Belə klubda uzun və yaddaqalan illər keçirmək fəxr idi və buna görə təşəkkür edirəm. Mən klubu sadəqətlə və şərəflə çalışdırdım”. 

Xatırladaq ki, Arsen Venger “Arsenal”ı 1996-cı ildən çalışdırır. Onu rəhbərliyi altında London klubu üç dəfə İngiltərə çempionu, yeddi dəfə İngiltərə kuboku və superkubokunun qalibi olub.