“28 May”da sərnişin huşunu itirdi

28-mayda-sernisin-husunu-itirdi
Oxunma sayı: 1546

“Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişin huşunu itirərək yıxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 09:40 radələrində baş verib.

Stansiyasının orta platformasında dayanan 1986-cı il təvəllüdlü Əliyev Amil Baxış oğlu özünü pis hiss edib və yıxılıb. Metropoliten əməkdaşları ona ilkin yardım göstərib və vestibülə aparıblar. Orada təcili tibbi yardım həkimlərini vətəndaşı müayinə edib və səhhəti normal olduğu müəyyənləşib. 

Murad Əhməd