Şamaxıda elmi-praktik konfrans keçirildi - Fotolar

samaxida-elmi-praktik-konfrans-kecirildi
Oxunma sayı: 1449

Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.

Konfransda çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, rəsədxananın direktoru Namiq Cəlilov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq ölkəmizdə bu istiqamətdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfində qoyulmuş, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu ekoloji siyasət haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbirdə ADPU-nun Şamaxı filialının məzunu Cavid İslamov, ADPU-nun Şamaxı filialının müəllimləri Çingiz Dadaşov və Təranə Əkbəri müxtəlif ekoloji mövzularda geniş məruzə ilə çıxış ediblər.

Tədbirdə eyni zamanda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilova təltif olunduğu ADPU-nun 100 illik “Yubiley” medalı təqdim olundu.