3 maşın toqquşdu - - Sürücü öldü

3-masin-toqqusdu-
Oxunma sayı: 973


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Anar Məmmədov ölüb və deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A. Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:30-da başa çatıb.