3 nəfər Xəzərdə batmaqdan xilas edildi

3-nefer-xezerde-batmaqdan-xilas-edildi
Oxunma sayı: 742

Ötən gün dənizdə batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-də nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir və Corat sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.