6 yaşlı uşağı maşın vurdu

6-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 1388

Gəncədə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda hərəkətdə olan yük avtomobili 2013-cü il təvəllüdlü Məmmədov Fərid Azər oğlunu vurub.

Ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli