7-ci həyat yoldaşından da ayrılır

7-ci-heyat-yoldasindan-da-ayrilir
Oxunma sayı: 2730

85 yaşlı amerikalı aparıcı Larri Kinqin 59 yaşlı aktrisa həyat yoldaşı Şonla ailəsi dağılıb. 

“Qafqazinfo” “Cosmo.ru”ya istinadən xəbər verir ki, aparıcı 22 illik bərabərlikdən sonra aktrisadan ayrılmaq qərarına gəlib. Kinq Los-Ancelesin dairə məhkəməsində boşanma davası açıb. O buna səbəb kimi həyat yoldaşı ilə aralarında olan barışmaz fikir ayrılığını qeyd edib.

Qeyd edək ki, bu, Larri Kinqin sayca yeddinci evliliyidir.