Abışov Almaniyada əməliyyat olundu

abisov-almaniyada-emeliyyat-olundu
Oxunma sayı: 4704

Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandası ilə cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski yırtılmışdı.