Adam öldürüb qaçan şəxs tutuldu

adam-oldurub-qacan-sexs-tutuldu
Oxunma sayı: 1593

Bakıda piyadanı vurub öldürərək hadisə yerindən qaçan şəxs müəyyən edilib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

Murad Əhməd