“Adobe Flash” dövrü başa çatır

adobe-flash-dovru-basa-catir
Oxunma sayı: 1444

“W3Tech” şirkətinin yeni hesabatına əsasən, “Flash” texnologiyası tədricən internetdən yox olur. 2018-ci ilin aprel ayına olan məlumata görə, “Flash” texnologiyasından istifadə edən saytların sayı yalnız 4,8% təşkil edib və bu göstərici tədricən azalacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Flash” texnologiyasının fəaliyyətinin dayandırılması və bununla bağlı dəyişikliklər artıq informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin diqqətini çəkib.

2018-ci ilin əvvəlində “Palo Alto Network” şirkətinin analitikləri eksploitlərin (DoS hücumlar və nəzarəti ələ keçirmək üçün saytlarda aşkar edilmiş boşluqlardan istifadə edən proqramlar) populyarlığının azalması tendensiyasını qeyd ediblər. Belə tendensiya bilavasitə “Flash” texnologiyasından istifadə dinamikası ilə bağlıdır, çünki məhz bu köhnə texnologiya İT məhsullarının təhlükəsizliyi məsələsində əsas boşluqlardan biridir.

“Adobe” şirkəti “Flash” texnologiyasına dəstəyin dayandırılması tarixini rəsmən açıqlayıb. Bu, 2020-ci ildə olacaq. Həmin vaxt “Apple”, “Mozilla” və “Google” sözügedən texnologiyadan istifadəni dayandıracaq. “Flash” texnologiyasını “HTML5”, “WebGL” və “WebAssembly” standartları əvəz edəcək.