ADP prezidentin addımını alqışladı

ADP prezidentin addımını alqışladı
Oxunma sayı: 140

İclasda prezidentin İstiqlal Günü münasibəti ilə verdiyi əfv fərmanı ilə jurnalist Eynulla Fətullayev və bir neçə digər siyasi məhbusun azadlığa buraxılması alqışlanıb. İdarə Heyəti üzvləri bir daha siyasi məhbus probleminin tamamilə və birdəfəlik həllinə tərəfdar olduqlarını bildirib və bu məqsədlə hakimiyyəti ləngimədən geniş amnistiya qanunu qəbul etməyə çağırıb.

İdarə Heyətində Minsk Qrupu həmsədri olan dövlət başçılarının Dağlıq Qarabağla bağlı qəbul etdikləri son bəyanata da münasibət bildirilib, bəyanatın mücərrəd olması, işğalçı tərəflə işğala məruz qalan tərəf arasında fərq qoyulmaması səbəbindən münaqişənin həlli ilə əlaqədar vəziyyətə heç bir müsbət təsir göstərməyəcəyi təəssüflə qeyd edilib.

İdarə Heyətində Bosniya müsəlmanlarını soyqırıma məruz qoyan Ratko Mladicin beynəlxalq hərbi tribunala təslim edilməsi alqışlanıb, bu hadisənin beynəlxalq ədalətə olan inamın artmasına müsbət təsir edəcəyi vurğulanıb. Eyni zamanda Xocalıda da azərbaycanlıların soyqırımına rəhbərlik etmiş erməni hərbçilərinin də yaxın zamanlarda beynəlxalq məhkəmə qarşısına çıxarılacağına inam ifadə edilib.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi