ADP toplandı

adp-toplandi-
Oxunma sayı: 657

Türkiyədə keçirilən parlament seçkiləri ilə əlaqədar müzakirələr aparan İdarə Heyəti üzvləri seçkinin demokratik, qanuni və nəticələrin iştirak edən tərəflər və xalq tərəfindən qəbul edilməsi baxımından bütün müsəlman dünyası üçün örnək ola biləcəyini qeyd ediblər. Eyni zamanda İdarə Heyəti bu seçkilərin nəticələrinin hər cür hörmətə layiq olduğunu qeyd edib və bütün türk xalqını bu münasibətlə təbrik edib.

ADP İdarə Heyətində həmçinin seçkilərin qalibi olmuş Ədalət və İnkişaf Partiyasına və parlamentdə ikinci yeri tutmuş Cümhürriyyət Xalq Partiyasına partiyanın adından təbrik məktubu göndərilməsi qərara alınıb.

İclasda prezidentlərin iyunun 25-də baş tutacaq kazan görüşünə də münasibət bildirilib.


Fatimə Kərimli