Afrika ölkəsində 2011-ci ilin gəlişi qeyd edilir

afrika-olkesinde-2011-ci-ilin-gelisi-qeyd-edilir
Oxunma sayı: 2237

Afrika qitəsindəki Efiopiya 11 sentyabrda 2011-ci ilin gəlişini qeyd edəcəklər.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Günəşə əsaslanan Həbəşə təqvimi ilə işləyən Efiopiya sabah Yeni ili qeyd edəcək.

Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri ilə bağlı son hazırlıqlar aparılır. Ölkədə 11 sentyabr tarixi də qeyri-rəsmi iş günü elan edilib.

Hər il olduğu kimi bu il də məhkumlarla bağlı əfv sərəncamının verilməsi gözlənilir.

Qeyd edək ki, Həbəşə təqvimi Miladi təqvimdən 7 il 8 ay geridədir. Efiopiyada il 13 aydan ibarətdir. Hər biri 30 gün olan 12 ay, əlavə olaraq 5 və ya 6 günün olduğu 13-cü ay mövcuddur.

Gün isə 12 saatlıq iki hissədən ibarətdir. Günün birinci yarısı saat 06:00-da, ikinci yarısı isə 18:00-da başlayır.