Xocalı rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi xidməti avtomobil aşıb.
Nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub.
Xəbəri rus dilində oxuyun: ДТП в Ходжалы: погиб военнослужащий
Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada dünyasını dəyişən gizir Vüsal Quluzadə bu gün Tərtərin Təzəkənd kəndində dəfn ediləcək.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Bərdə Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, martın 2-si saat 16:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.
Fotoda Vüsal Quluzadə

Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər