“Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçan deyil. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar.
Xəbəri rus dilində oxuyun: Депутат: Женщины разводятся ради получения алиментов
Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırd eləmək olmur”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər