ABŞ-nin bu ölkədəki səfirliyi də təxliyə edildi

abs-nin-bu-olkedeki-sefirliyi-de-texliye-edildi
Oxunma sayı: 1630

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi boşaldılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “MehrNews” agentliyi məlumat yayıb. 

Məlumata görə, raket və pilotsuz uçuş aparatı hücumları təhlükəsinə görə bu diplomatik nümayəndəliyin bütün heyəti təxliyə edilib. 

Bu addımın səfirlik binasının raket hücumuna məruz qalmasından sonra atıldığı bildirilir.

Xatırladaq ki, son günlərdə ABŞ-nin Küveyt və Bəhreyndəki səfirlikləri bağlanıb, İordaniyadakı səfirliyi isə təxliyə edilib.