Yasamalda piyada keçidində ağır qəza, ölən var - Anbaan görüntülər

yasamalda-piyada-kecidinde-agir-qeza-olen-var
Oxunma sayı: 4873

Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N.Vahabov hadisə yerində ölüb.

Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.

***

Yol polisi hadisənin görüntülərini yayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən piyada keçidindən velosipedlə keçmək qadağandır. Velosipedlə hərəkət edən şəxslər piyada keçidindən piyada keçməli və velosipedini yeriyərək daşımalıdır.