ABŞ və İsrailin İrana birgə aviazərbələri zamanı Tehranda yerləşən tarixi “Gülüstan” sarayına ziyan dəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İran hökumətinin “X” hesabında paylaşılıb.
Bildirilib ki, “Gülüstan” sarayı aviazərbələr nəticəsində ciddi zərər görən məkanlardan biridir.
Qeyd edək ki, saray XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilib və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunub. Pəhləvilər sülaləsi zamanında mərasimlərdə istifadə olunan saray hazırda muzey kimi fəaliyyət göstərir. “Gülüstan” sarayı 2013-cü ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.










Son xəbərlər
Son Xəbərlər