İlk dəfə həmin iclasa sədrlik etdi - Müzakirə yaratdı - Video

ilk-defe-hemin-iclasa-sedrlik-etdi
Oxunma sayı: 2604

ABŞ-nin birinci xanımı Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına sədrlik edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil” mövzusunda keçirilən həmin iclas martın 2-də Nyu-Yorkda baş tutub.

Bu, ABŞ-nin fəaliyyətdə olan prezidentinin xanımının BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi ilə bağlı ilk belə hadisədir. 

M.Tramp çıxışı zamanı hazırkı dövrü “çətin” adlandırıb və dünya üzrə münaqişələrdə həlak olan uşaqlara görə başsağlığı verib. 

“ABŞ dünya üzrə bütün uşaqları dəstəkləyir” deyən Melaniya çıxışının konkret olaraq Yaxın Şərqdəki münaqişə ilə bağlı deyil, ümumilikdə dünyadakı vəziyyətə aid olduğunu ifadə edib. 

Bununla yanaşı, tədbirdən bir qədər əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Amir Səid İrəvani hazırda ölkəsindəki hadisələr fonunda uşaqların qorunmasına dair iclasa ABŞ-nin sədrlik etməsini birmənalı qarşılamayıb.