İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələrə görə qanlı qisas alınacağını bəyan edib.
“Qafqazinfo” “Mizan” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü, briqada generalı Əli Məhəmməd Naini deyib.
O, ABŞ və İsrailin növbəti hədəf hücumlarına hazır olmalı olduğunu bildirib.
“Cəhənnəm qapıları hər dəqiqə ABŞ və İsrail üçün daha geniş açılacaq”, – deyə qurumun sözçüsü sərt xəbərdarlıq edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) əməliyyatı nəticəsində İranın bir çox strateji mərkəzləri, o cümlədən paytaxt Tehrandakı hökumət binaları hədəf alınıb.
Qeyd edək ki, hazırda İran tərəfi İsrailə və ABŞ-nin regiondakı 14 hərbi bazasına raket və PUA-larla intensiv cavab zərbələri endirir.
Son xəbərlər
Son Xəbərlər