Ağır yaralılardan 2-si azərbaycanlı, 1-i əcnəbidir - Yenilənib

agir-yaralilardan-2-si-azerbaycanli-1-i-ecnebidir
Oxunma sayı: 5840

Xəzər Dəniz Neft Donanmasına məxsus gəmidə baş verən partlayışda 13 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

“Qafqazinfo” xəbər verir ki, yaralıların əvvəlcə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna gətirilməsi planlaşdırılsa da, vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakı Dəniz Vağzalına aparılıblar. 

Qeyd edək ki, ağır yaralı olan 3 nəfərdən ikisi azərbaycanlı, biri malayziyalıdır. 

***

Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb. Bu barədə Trend-ə "Saipem" şirkətindən bildiriblər.

Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".

"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.