Aİ o ölkəyə 116 milyon avro ayırdı

ai-o-olkeye-116-milyon-avro-ayirdi
Oxunma sayı: 630

Avropa İttifaqı 2014-cü ildən bəri silahlı toqquşmaların yaşadığı Yəmənə 116 milyon avro humanitar yardım ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Humanitar yardım və böhranın idarəedilməsi üzrə Avropa komissarı Xristos Stiliandidis məlumat verib:

“Aİ Yəmən xalqına həmrəylik nümayiş etdirir. Biz Yəmənə 116 milyon avro ayrılmasını bu gün elan edirik”. 

Avrokomissar, həmçinin vurğulayıb ki, Brüssel münaqişə başa çatdıqdan sonra da, Yəmənə yardım etməyə hazırdır.