“Ailə TV”-dən “Eurovision-2012” təklifi

aile-tv-den-eurovision-2012-teklifi
Oxunma sayı: 658

Televiziyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu da mehmanxanalara, istirahət mərkəzlərinə və digər ictimai obyektlərə onların öz rəqəmsal televiziya şəbəkələrinin yaradılması, hər bir mehmanxanaya, məhz ona uyğun olan rəqəmsal yayım paketlərinin yığılması kimi xidmətlərin göstərilməsini əhatə edir. “A Hotel” adlanan brend, Bakı şəhərinin mehmanxanalarında və istirahət mərkəzlərində təkcə yüksək keyfiyyətli “Ailə TV” kabel operator televiziyasının xidmətlərini deyil, həmçinin “Ailə NET” internet provayderinin xidmətlərinin göstərilməsi imkanlarını da özündə əks etdirir.

Qeyd edək ki, elə “AHotel” brendi “Ailə TV” və “Ailə NET” xidmətlərinin vəhdətidir və ölkəmizdə sırf olaraq mehmanxana biznesi üçün hazırlanıb. “Ailə TV”-nin “A Hotel” brendi altında mehmanxanalar və istirahət mərkəzləri üçün irəli sürdüyü əlverişli təkliflərdə ən vacib məqam ondan ibarətdir ki, “Ailə TV” bu brend altında mehmanxanalara göstərilən xidməti “Eurovision-2012” yarışmasının sonunadək tamamilə pulsuz həyata keçirəcək. Təqdim olunan xidmətlər isə aşağıdakılardır: İlk növbədə kabel televiziyası xidmətləri: Bu xidmətlər analoq və rəqəmsal platformada yüksək keyfiyyətli səs və görüntü ilə 155-dən çox tanınmış kanalların yayımını nəzərdə tutur ki, onlardan da 39-u xarici dildə yayımlanır.

Nigar Məmmədli