“Akkord” komandası beşqat Azərbaycan çempionu oldu

akkord-komandasi-besqat-azerbaycan-cempionu-oldu
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, ölkə çempionu adını özünə təmin edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Akkord” komandası son oyunu “Şahdağ”(Qusar) komandası ilə keçirdi. Oyunu hücum üslubunda quran “Akkord” komandası “Şahdağ”(Qusar) üzərində 5:3 hesablı qələbəsini rəsmləşdirdi. Oyunda “Akkord” komandasından topları - Rauf Şükürov (1), Aqşin Əliyev (1) və Saleh Balamiyev (3) vurdular.
Matç başa çatandan sonra çempionatın mükafatlandırma mərasimi olub. “Akkord”a “qızıl”, “Atasport”a “gümüş”, “Şahdağ” komandasına isə “bürünc” medallar, müvafiq diplomlar və pul mükafatları təqdim olundu.Yarışın Təşkilat Komitəsi müxtəlif nominasiyalar üzrə fərqlənən hokkeyçiləri də mükafatlandırdılar. Saleh Balamiyev (“Akkord”) rəqib qapılarından 32 qol keçirərək çempionatın “Ən sərrast hücumçu”su, Elman Eldarov(“Şahdağ”) çempionatın “Ən yaxşı oyunçusu”, Teymurşah Vəlibəyov (“Şahdağ”) “Ən yaxşı qapıçı” üçün təsis olunan mükafatlara sahib olublar.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Akkord” komandası Azərbaycan çempionu olmaqla 2013-cü ilin may ayında Afinada keciriləcək Avropa Cempionlar Kuboku uğrunda yarışlarda iştirakını təmin etmiş oldu.
Xatırladaq ki, komandanı yarışlara Respublikanın əməkdar məşqçisi Feyzulla Rəhimbəyov hazırlayıb.