Arif Paşayev “PAŞA Bank”ın Müşahidə Şurasından getdi

arif-pasayev-pasa-bankin-musahide-surasindan-getdi
Oxunma sayı: 6163


"Qafqazinfo" fins.az-a istinadən xəbər verir ki, bu vəzifə Mir Camal Paşayevə həvalə edilib. O, bundan əvvəl “Kapital Bank”ın MŞ-in sədri olub. Mircamal Paşayev “PAŞA Bank”da Ağa-Əli Kamalovu əvəz edib.

Bundan başqa, indiyə qədər bankın MŞ-da təmsil olunan Arif Paşayev üzvlükdən çıxarılıb. Hazırda “PAŞA Bank”ın MŞ-nın üzvləri Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı və Kəmalə Nuriyevadır.