AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

aspa-nin-yaz-sessiyasinin-gundeliyi-aciqlandi
Oxunma sayı: 626

AzərTAc-ın məlumatına görə, aprelin 23-dən 27-dək keçiriləcək sessiyanın ilk iş günündə büro və siyasi qruplarda yığıncaqlar keçiriləcək, AŞPA-nın sədri məruzə ilə çıxış edəcək, assambleyanın vitse-prezidentləri seçiləcək, Nazirlər Komitəsinin sədri hesabat verəcək.

Sessiyanın sonrakı günlərində Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi, idmanda etika və onun səmərəli idarə olunması, media və internetdə informasiya və ifadə azadlığı, maliyyə və iqtisadi böhran dövründə pensiyaların məbləğinin aşağı salınması və digər məsələlər müzakirə olunacaq.

Dövlət rəsmiləri və siyasi xadimlərin çıxışları da nəzərdə tutulub.