Assosiasiyada kadr dəyişikliyi oldu

assosiasiyada-kadr-deyisikliyi-oldu
Oxunma sayı: 3478

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasında (ANİİA) yeni kadr təyinatı olub. “Qafqazinfo” xəbər verir ki, sədr Fərhad Qaraşovun müvafiq əmri ilə Yusif Axundov qurumun icraçı direktoru, Şahin Həsənli isə katibi vəzifəsinə təyin edilib.

Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2003-cü ildə magistratura pilləsini bitirib. Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC Xarici İqtisadi Əlaqələr şöbəsində başlayıb, daha sonra bir sıra transmilli şirkətlər və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyində fəaliyyətini davam edib. 2013-cü ildən Gilan FMCG Group şirkətində ixracat departamentinin rəisi işləyib.

Şahin Həsənli isə 2008-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatının tənzimlənməsi fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib. 2011- 2017-ci illər arasında “Kapital Bank” ASC-nin kredit şöbəsində çalışıb.
ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki  və hüquqi şəxsləri öz ətrafına toplayıb.

Xatırladaq kı, ANİİA-nın sədri Fərhad Qaraşov 2018-ci ilin noyabr ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri seçilib.