Autsayder ilk dövrənin ən yaxşısı oldu

autsayder-ilk-dovrenin-en-yaxsisi-oldu
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Peşəkar Futbol Liqası “altılıq” mərhələsinin ilk 5 turunun ən yaxşı komandalarını müəyyənləşdirib.

Final mərhələsinin hər “altılığ”ında 1 komanda 5 turluq yolu məğlubiyyətsiz qət edib. Bunlar bütün çempionatların iştirakçısı olmuş “Qarabağ”la “Turan”dır. Ağdamlılar 1-6-cı, Tovuz təmsilçisi isə 7-12-ci yerlər uğrunda mübarizə aparanların yarışında ən yaxşı olub. Ümumilikdə isə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşmış “Turan” final mərhələsinin ilk yarısının mütləq qalibi olub. Onlar evdə qələbə, səfərdə heç-heçə prinsipinə sadiq qalıb. Final mərhələsində qələbəsi olmayan yeganə komanda isə “Sumqayıt”dır.

“Qarabağ” 2 3 0 5-3 9
“Neftçi” 2 2 1 6-7 8
“Qəbələ” 2 1 2 8-6 7
“Xəzər Lənkəran” 2 1 2 4-3
“Bakı” 2 0 3 5-6 6
“İnter” 1 1 3 4-7 4

“Turan” 3 2 0 9-3 11
“Rəvan” 2 1 2 4-3 7
“Kəpəz” 2 1 2 6-6 7
AZAL 2 1 2 5-7 7
“Simurq” 1 3 1 5-5 6
“Sumqayıt” 0 2 3 4-9 2

Ceyhun Əhmədov