Avroliqanın ən yaxşı bombardiri seçildi

avroliqanin-en-yaxsi-bombardiri-secildi
Oxunma sayı: 740

“Roma”nın hücumçusu Edin Ceko və “Zenit”in yarımmüdafiəçisi Juliano Avropa Liqasının ən yaxşı bombardirləri olub.

“Qafqazinfo” UEFA-ya istinadən xəbər verir ki, hər iki futbolçu turnirin əsas mərhələsində 8 qol vursa da Ceko bun 524 dəqiqəyə, Juliano isə 710 dəqiqəyə bacarıb.

Üçüncü yeri aktivində 7 qol olan “Atletik”in forvardı Arits Aduris tutub.

Qeyd edək ki, Avropa Liqasının 2016/17-ci ilinin qalibi "Mançester Yunayted" olub.