Ayıb bilən fahişələr

ayib-bilen-fahiseler-
Oxunma sayı: 796

Deməli, bir belə vaxt üç fahişəni gözləyirikmiş. Adamları da qabaq sıralarda oturmağa qoymurlar, demə, gözəlçələr üçün ayrılıbmış o yerlər. Nəysə, onlar da insandır. Amma müxtəlif şəhərlərdə avtobusa adam götürdükcə məlum oldu ki, bir yeri beş adama satıblar. Üzüyolalığımdan istifadə edib üç dəfə yerimi dəyişdirdilər. Olsun, “qadın xeylağıdır yola verək” dedik.

Yolda yerimi dəyişib bu qızlarla söhbət elədim, düzü, bir saat, iki saat, başım qarışdı. Ankarada artıq bu “qızlar”ın sayı artıq beşə çatmışdı. Kəsəsi, bu “qızlar”la ordan-burdan söhbət edib gəldik ailə məsələlərinə. Başladılar, nə başladılar. Allah, Allah, qardaşlarını bərk təriflədilər, ağır xasiyyət olduqlarından, bunları küçə üzünə həsrət qoyduqlarından o qədər danışdılar ki, əvvəl-əvvəl “qorxmağa” başladım, sonra gördüm, yox, bunların da “ailə qızı” kimi görünmək kompleksləri var. Ordan-burdan söhbət edib məqsədi-məramlarını öyrəndim. Deməli, bu “qızlar” ayda bir dəfə pasportlarının vaxtı bitdiyinə görə Türkiyədən başqa bir ölkəyə gedib “peçatlarını təzələməlidirlər”. Ayda bir dəfə “peçatlarını təzələyən” qızlar

Türkiyədən son dərəcədə razı idilər.

Deyirdilər ki, bizdə fahişəliyə iş kimi baxmırlar, amma burda baxırlar.

Bizdə icazə çox pul alırlar, burda az alırlar.
Bizdə fahişəni hamı tanıyır, burda ancaq “öz işçilərimiz” tanıyır.
Nəysə mənə qəribə gələn nə idi, başqa ölkələrdən İstanbula gələn gözəl-gözəl qızlar ya tikiş fabriklərində çalışır, ya da heç olmasa pərakəndə alverlə məşğul olurlar. “Qızlar”dan soruşdum ki, “ay qızlar, niyə başqa işlə məşğul olmursuz, məsələn paltar, saat satmaqla?”. Hamsının cavabı bu oldu:

Sən allah, bəsdi, ayıb-ayıb əlimizdə paltar hərələyib sataq? Gülməli danışma.

Doğurdan da, gülməli danışırammış...