Azərbaycan aeroportlarından 4 milyona yaxın sərnişin daşınıb

azerbaycan-aeroportlarindan-4-milyona-yaxin-sernisin-dasinib
Oxunma sayı: 890

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib.

“Qafqazinfo” xəbər verir ki, bunun da 85% -i (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur.

2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.

2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərib.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil edib. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxil olub.

2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçirilib.

Hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.