Azərbaycan prezidenti Həlimə Yaqubu təbrik etdi

azerbaycan-prezidenti-helime-yaqubu-tebrik-etdi
Oxunma sayı: 4402

Azərbaycan prezidenti İlham Əliyev sinqapurlu həmkarı Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.