Azərbaycan sərhədini qayıqla pozdular - Fotolar

azerbaycan-serhedini-qayiqla-pozdular
Oxunma sayı: 1202

Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal istiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb. Saxlanılmış qayığa və qayıqda olan İran vətəndaşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.