Azərbaycana gəlmək üçün 300 min istədi

azerbaycana-gelmek-ucun-300-min-istedi
Oxunma sayı: 648

Milli.Az xəbər verir ki, tanınmış türkiyəli ulduz Seda Sayanın martın ilk ongünlüyündə Azərbaycana gələcəyi haqqında yayılan informasiyanın bəzi təfərrüatları da məlum olub.

Əldə etdiyimiz məlumata görə, Seda paytaxt Bakı olmaqla Azərbaycanda 3 gün qalacaq. Və sənətçi hər günü üçün təşkilatçılardan 100 min avro qonorar istəyib.

Bu fantastik məbləğin fəxri qonağa ödənilib-ödənilməyəcəyi isə böyük bir sual altındadır. Mövzuya yenə qayıdacağıq.