Azərbaycanca-rusca hüquq lüğəti çap olundu

azerbaycanca-rusca-huquq-lugeti-cap-olundu
Oxunma sayı: 1161

Ali Məhkəmədən Milli.Az-a verilən məlumata görə, sədr Ramiz Rzayevin, Rafiq Novruzovun və Könül Əliyevanın hazırladıqları lüğət hüquqşünaslar, iqtisadi, strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim və tələbə heyəti, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

Lüğət məhkəmə işçilərinin, biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə işgüzar əlaqələr quran müasir istifadəçilərin tələbinə uyğun, işgüzar məktubların, sorğuların, sənədlərin, etirazların, ərizələrin, bank sənədlərinin hazırlanması ilə bağlı əmələ gələn üslub çətinliklərinin aradan qaldırılmasına kömək məqsədilə tərtib olunub. On səkkiz minə qədər söz və söz birləşməsinin izahı verilmiş kitabda müxtəlif ölkələrin hüquq sistemindəki təcrübədən qaynaqlanan termin və ifadələrə Azərbaycan dilində ekvivalentlərin seçilməsi əsas prinsip kimi götürülüb.

Sözlər, onların tətbiqi sahəsi, mənşəyi və müəyyən dilə xas orfoqrafik xüsusiyyətləri uyğun işarlərlə ifadə olunub. Lüğətə eyni zamanda ayrıca xarici dillərdən alınmış və rus dilində uyğun anlayışların ekvivalenti rolunda çıxış edən terminlər də daxil edilib. Lüğətə həm də, latın və yunan dillərindən qaynaqlanan sözlər və başqa əcnəbi dillərin - alman, fransız, ingilis dillərinin hüquq terminologiyası da daxildir.