Süleyman Mikayılov növbəti səyyar qəbulu Korgöz qəsəbəsində keçirdi - Fotolar

suleyman-mikayilov-novbeti-seyyar-qebulu-korgoz-qesebesinde-kecirdi
Oxunma sayı: 649

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Korgöz qəsəbəsində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda rayon sakinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak edib.

Görüşdə 40-a yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 6 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Başçı sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyərək, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışıb.