Azərbaycanın dövlət xəritəsi səməni formasında - Video

azerbaycanin-dovlet-xeritesi-semeni-formasinda
Oxunma sayı: 4111

Kəlbəcər sakini Novruzun atributlarından olan maraqlı formada səməni hazırlayıb. 

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, iki ildir xəritə şəklində səməni hazırlayan Samirə bu dəfə ən böyük səmənisini cücərdib.

Bu maraqlı səmənini Kəlbəcər sakini Səmirə İbrahimova  hazırlayıb.

Səməni şəklində cücərdilən xəritədə Azərbaycanın işğal altında olan Qarabağ ərazisi isə göyərdilməyib.

Səməninin ərsəyə gəlməsi 2 həftəyə başa gəlib.

S. İbrahimova deyir ki, xəritə şəklində səməniləri məktəblərə hədiyyə edəcək.